Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-09-2023 , 19:06

13391

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Etibar Cabbarov: “Maliyyə çətinliyinə baxmayaraq Biləcəri bələdiyyəsi şəhid və qazi ailələrinə qaygı və diqqəti əsirgəmir"

“Binəqədi rayonu Biləcəri bələdiyyəsi üzləşdikləri maliyyə çətinliyinə baxmayaraq daxili imkanlar hesabına qəsəbə ərazisindəki "Şəhidlər xiyabanının” təmizliyini ciddi şəkildə diqqətdə saxlamağı özünə borc bilir“- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Etibar Cabbarov bildirib. 

Sədrin sözlərinə görə, Anım günü ərəfəsində ərazidə əsaslı təmir-bərpa işləri aparılmış, xiyaban sakinlərin tam istifadəsinə hazır vəziyyətə gətirilmişdir. Əraziyə çoxsaylı gül kolları əkilərək aqrotexniki xidmət göstərilmişdir.  

Binəqədi RİH-in dəstəyi və təşəbbüsü ilə xiyabanda görülən işlər konkret layihəyə uyğun aparılmışdır. Əlavə giriş qapısının açılması, əsas giriş qapısının müasir standarta uyğunlaşdırlması həyata keçirilmiş, habelə tamet daşlarla ərazi üzlənmiş, ərazidə həm bayraq dirəkləri, həm də şəhidlərin plakatları yenilənmişdir.

Ötən ilin 27 sentyabırndan başlanan işlər hissə-hissə həyata keçirilərək, Anım günü ərəfəsində başa çatdırılmışdır.  

Şəhidlərin xatirəsi hər bir bələdiyyə üzvü və qullquçusu üçün əzizdir. Maliyyə çətinliyinə baxmayaraq Biləcəri bələdiyyəsi şəhid və qazi ailələrinə qaygı və diqqəti əsirgəmir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
607

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1228

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
750

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
418